"Azərişıq" ASC-nin sədri Gəncədə vətəndaşları qəbul edəcək
- 07 aprel, 2022
- 08:50
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov aprelin 8-d, saat 10:00-da Gəncə, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edəcək.
“Report”un “Azərişığ”a istinadən verdiyi məlumata görə, qəbul “Azərişığ”ın Gəncə şəhəri, Rüzgar Qasımov küçəsi, dalan 2, bina 10 ünvanında yerləşən Qərb RETSİ-nin inzibati binasında keçiriləcək.
Qəbulda iştirak etmək istəyən şəxslər Gəncə EŞ-ə və yaxud Səhmdar Cəmiyyətin 199 çağrı mərkəzinə, onlayn isə info@azerishiq.az elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.