Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 16 avqust tarixli Fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda “Neftçilər günü” peşə bayramı kimi qeyd edilir.
“Report”un Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən verdiyi məlumata görə, neft-qaz sənayesi işçilərinin peşə bayramı münasibətilə “Azəriqaz”ın bir neçə əməkdaşı səmərəli və nümunəvi əmək fəaliyyətinə, Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Baş direktorun satış üzrə müavini Rəşad Cavadov Birliyin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin əməkdaşı Hikmət Vəliyevə, Qazın balansı və hesabatı şöbəsinin əməkdaşı Tuyğun Seyidovaya mükafatları təqdim edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.