“Azəriqaz” bir neçə xidmət sahəsinin işində dəyişiklik edib

“Azəriqaz” bir neçə xidmət sahəsinin işində dəyişiklik edib Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-nin mühəndisləri gələn həftənin əvvəlindən 30 təqvim günü müddətində qatar və avtobuslarda vətəndaşlara “ASAN səyyar” xidməti göstərmək üçün Qazax, Balakən, Beyləqan, Şəmkir, Cəlilabad, Ağcabədi və İsmayıllı rayonlarına ezam olunacaqlar.
Energetika
29 Avqust , 2019 16:34
“Azəriqaz” bir neçə xidmət sahəsinin işində dəyişiklik edib
Azəriqaz / Report

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-nin mühəndisləri gələn həftənin əvvəlindən 30 təqvim günü müddətində qatar və avtobuslarda vətəndaşlara “ASAN səyyar” xidməti göstərmək üçün Qazax, Balakən, Beyləqan, Şəmkir, Cəlilabad, Ağcabədi və İsmayıllı rayonlarına ezam olunacaqlar.

Bu barədə “Report”a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Qeyd edilib ki, bu işə əsasən Birliyin Mərdəkan, Xırdalan və Maştağa xidmət sahələrində çalışan mütəxəssisləri cəlb edildiyindən həmin sahələrdə yeni quraşdırılan smart-kart tipli sayğacların kartlarının verilməsi müvəqqəti olaraq dayandırılır. Lakin Bakı Regional Qazın Satışı Departamentinin Babək prospekti 22/24 ünvanında yerləşən inzibati binasında, eləcə də Sabunçu xidmət sahəsində işə əlavə işçilər cəlb olunmaqla həftənin şənbə və bazar günləri də xidmət gücləndirilmiş formada davam etdiriləcək. Bundan başqa abonentlər “ASAN Kommunal” mərkəzlərindəki “Azəriqaz” İB-nin xidmətlərindən əvvəlki kimi həftənin 6 günü yararlana bilərlər.

Son xəbərlər

Orphus sistemi