“Azəriqaz” abonentlərinin sayını açıqlayıb

“Azəriqaz” abonentlərinin sayını açıqlayıb Bakı. 14 sentyabr. REPORT.AZ/ 2018-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 55 689 yeni abonent qeydiyyata alınıb.
Energetika
14 Sentyabr , 2018 10:44
“Azəriqaz” abonentlərinin sayını açıqlayıb
Report
0 : 00
0 : 00

Bakı. 14 sentyabr. REPORT.AZ/ 2018-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 55 689 yeni abonent qeydiyyata alınıb.

“Report” “Azəriqaz”a istinadən xəbər verir ki, bunun da 34 002-i Bakı, Abşeron və Sumqayıt, 21 687-i isə regionlar üzrədir.

Bildirilib ki, yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması səbəb olub.

“Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 149 772-ə çatıb”,- məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi