Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI

Energetika
  • 17 aprel, 2025
  • 14:47
Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI

Bu ilin yanvar-mart aylarında Azərbaycandan 13 ölkəyə 6 milyon 11 min 561,25 ton həcmində neft ixrac olunub.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi TOP-5 ölkələr sırasına İtaliya, Çexiya, Almaniya, Xorvatiya və Rumıniya daxil olub.

Bu ilin üç ayında Azərbaycan İtaliyaya 1 milyard 702 milyon 838,31 min ABŞ dolları dəyərində 3 milyon 55 min 572,87 ton, Çexiyaya 304 milyon 667,44 min ABŞ dolları dəyərində 558 min 693,27 ton, Almaniyaya 276 milyon 544,77 min ABŞ dolları dəyərində 500 min 1,1 ton xam neft ixrac edib. Xorvatiya 238 milyon 672,29 min ABŞ dolları dəyərində 428 min 402,79 ton və Rumıniyaya 224 milyon 820,31 min ABŞ dolları məbləğində 403 min 928,34 ton neft tədarük edilib.

Aşağıdakı cədvəldə Azərbaycanın bu ilin yanvar-mart ayları ərzində neft ixrac etdiyi ölkələrin tam siyahısı göstərilib:

Ölkələr

Miqdar (ton)

2024-cü ilin yanvar-mart aylarına nisbətən

Statistik dəyər (min ABŞ dolları)

2024-cü ilin yanvar-mart aylarına nisbətən

1

İtaliya

3 055 572,87

+1,6 dəfə

1 702 838,31

+38 %

2

Çexiya

558 693,27

+3,3 dəfə

304 667,44

+3,1 dəfə

3

Almaniya

500 001,1

+1,4 dəfə

276 544,77

+18,7 %

4

Xorvatiya

428 402,79

+5,4 dəfə

238 672,29

+4,7 dəfə

5

Rumıniya

403 928,34

+2,4 dəfə

224 820,31

+2,4 dəfə

6

Portuqaliya

353 986,48

+2,1 dəfə

189 929,36

+2 dəfə

7

İrlandiya

228 754,91

-*

121 695,73

-*

8

Böyük Britaniya

130 604,9

+6,3 dəfə

73 435,95

+6,7 dəfə

9

İsveçrə

89 696,92

-*

53 857,85

-*

10

Yunanıstan

94 445,69

-*

52 588,25

-*

11

Bolqarıstan

79 260,85

-*

48 231,11

-*

12

Tunis

64 192,52

-66,7 %

37 392,93

-68,7 %

13

Türkiyə

24 020,61

-79 %

11 979,2

-81 %

 

Cəmi

6 011 561,25

+7,3 %

3 336 653,5

-4,4 %

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

-* Ötən ilin eyni dövründə tədarük olmayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti