Azərbaycanın metanol ixracından qazancı 52 %-dən çox artıb

Energetika
  • 28 fevral, 2025
  • 14:15
Azərbaycanın metanol ixracından qazancı 52 %-dən çox artıb

Bu ilin yanvar ayında Azərbaycandan 11,1 milyon ABŞ dolları dəyərində metanol (metil spirti) ixrac edilib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın fevral buraxılışında bildirilir.

Bu, 2024-cü ilin yanvar ayı ilə müqayisədə 3,8 milyon ABŞ dolları və ya 52,05 % çoxdur.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,7 % artaraq 245,8 milyon ABŞ dolları təşkil edib.