Azərbaycanın metanol ixracından qazancı 32 %-ə yaxın azalıb

Energetika
  • 02 fevral, 2024
  • 13:03
Azərbaycanın metanol ixracından qazancı 32 %-ə yaxın azalıb

2023-cü ildə Azərbaycan 89,9 milyon ABŞ dolları dəyərində metanol (metil spirti) ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.

Məlumata görə, bu, 2022-ci ilin göstəricisi ilə müqayisədə 42 milyon ABŞ dolları və yaxud 31,8 % azdır.

2023-cü ildə Azərbaycanın ümumi ixracı 33,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,8 % artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.

Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

44 - Tezliklə