Azərbaycanın iki rayonunda qaz xətləri yenilənir

Azərbaycanın iki rayonunda qaz xətləri yenilənir “Azəriqaz” 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir
Energetika
142
14 May , 2021 10:44
Azərbaycanın iki rayonunda qaz xətləri yenilənir

“Azəriqaz” İstehsalat Birliyi (İB) 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir. Abonentlərin mavi yanacaqdan rahat, daha əlçatan şəkildə istifadə edə bilmələri üçün Şəmkir rayonunda da təmir işləri həyata keçirilir.

"Report" xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilir ki, rayonun Yuxarı və Aşağı Seyfəli kəndlərində istismar müddəti başa çatmış qaz xətləri yenilənir. 2 800 metr uzunluğunda çəkilən yeni qaz xətti abonentlərin payız-qış mövsümündə qaz təchizatında yarana biləcək problemləri minimuma endirəcək.

Qazax şəhərində Nərimanov küçəsində istismar müddəti başa çatmış yeraltı qaz xətlərinin yenilənməsi işləri aparılır. Yeni xətt hazır olduqdan sonra abonentlər daha rahat şəkildə mavi yanacaqdan istifadə edə biləcəklər.

Bu günə qədər Qazax şəhərinin M.Rəsulzadə, Bakı, Seyidov küçələrində 76, 89, 108, 159 mm diametrində olan qaz xətləri də yenilənib. Görülən işlər “Azəriqaz” İB-nin Təmir-Tikinti idarəsi tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi