Azərbaycanda 10 ayda neft emalının həcmləri açıqlanıb

Energetika
  • 18 noyabr, 2024
  • 06:25
Azərbaycanda 10 ayda neft emalının həcmləri açıqlanıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 5,5 milyon ton neft emal edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin yanvar-oktyabr ayları üzrə açıqladığı operativ məlumatlarında deyilir.

Bu, 2023-cü ilin ilk 10 ayının göstəriciləri ilə müqayisədə Azərbaycanda neft emalı həcmləri eynidir.

Xatırladaq ki, 2023-cü ilin yanvar-oktyabr ayları üzrə ölkədə neftin emalı 5,5 milyon ton təşkil edib.

Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Son xəbərlər

Bütün Xəbər Lenti