Azərbaycan yanvarda neft koksu ixracını cüzi azaldıb

Energetika
  • 16 fevral, 2024
  • 09:50
Azərbaycan yanvarda neft koksu ixracını cüzi azaldıb

Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 20 min 492,43 ton neft koksu ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft koksunun dəyəri 1 milyon 249,02 min ABŞ dolları təşkil edib.

Bu, 2023-cü ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 1,5 % 6,8 dəfə azdır.

Neft koksunun ölkənin ümumi ixracında payı 0,07 % təşkil edib.

2023-cü ildə Azərbaycan 58 milyon 081,17 min ABŞ dolları dəyərində 232 min 111,05 ton neft koksu ixrac edib.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.