Azərbaycan yanvarda 3,9 mln. dollarlıq metanol ixrac edib

Azərbaycan yanvarda 3,9 mln. dollarlıq metanol ixrac edib Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 39,484 min ton həcmində metanol (metal spirti) ixrac edib.
Energetika
19 Fevral , 2020 17:51
Azərbaycan yanvarda 3,9 mln. dollarlıq metanol ixrac edib

Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 39,484 min ton həcmində metanol (metal spirti) ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu miqdarda metanolun dəyəri 3,948 mln. ABŞ dolları təşkil edib.

Azərbaycanın yanvar ayının qeyri-neft sektoru üzrə ixracında metanolun payı 2,8% olub.

Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.

Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Orphus sistemi