Azərbaycan və Serbiya energetika sahələrində perspektivləri nəzərdən keçirir

Azərbaycan və Serbiya energetika sahələrində perspektivləri nəzərdən keçirir Görüşdə energetika sahəsində mövcud əməkdaşlıq və gələcək strateji hədəflər barədə danışılıb
Energetika
9 Dekabr , 2022 16:39
Azərbaycan və Serbiya energetika sahələrində perspektivləri nəzərdən keçirir

Azərbaycan və Serbiya elektrik enerjisinin ixracı və təbii qaz sahələrində perspektiv imkanları nəzərdən keçirib.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə energetika naziri Pərviz Şahbazov Serbiyaın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladislavjeviç ilə görüşü zamanı bildirilib.

Söhbət zamanı ölkələr arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərindən bəhs edilib. Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri, iki ölkə arasında əməkdaşlığın daha da yüksəldilməsinə töhfə verəcək birgə Bəyanatın və digər mühüm sənədlərin imzalanmasının Azərbaycan və Serbiya əlaqələrinin sürətli inkişafında önəmli rolu vurğulanıb.

Görüşdə energetika sahəsində mövcud əməkdaşlıq və gələcək strateji hədəflər barədə danışılıb.

Son xəbərlər

Orphus sistemi