Azərbaycan və Aİ enerji əməkdaşlığının genişləndirilməsini müzakirə ediblər
Azərbaycan və Aİ enerji əməkdaşlığının genişləndirilməsini müzakirə ediblərAzərbaycanla Avropa İttifaqı (Aİ) arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinin imkanları müzakirə edilib.
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinin imkanları müzakirə edilib.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, müzakirələr Avropa Komissiyasının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorqensen ilə görüşdə baş tutub: “Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm mövqeyini vurğuladıq. “Yaşıl enerji”yə keçidin və regional təşəbbüslərin təşviqi müzakirə etdik”.
Avropa Komissiyasının (@EU_Commission) enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorqensen (@DanJoergensen) ilə görüş zamanı Azərbaycanın Avropanın #enerji təhlükəsizliyinin təminatında mühüm mövqeyini vurğuladıq. #Yaşılenerji-yə keçidin və regional təşəbbüslərin təşviqi,… pic.twitter.com/weEGseUkEA
Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, görüşdə Aİ-nın Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından olduğu vurğulanıb. Qeyd olunub ki, qarşılıqlı əlaqələrin, o cümlədən, iqtisadi, enerji və investisiya əməkdaşlığının inkişafına hər iki tərəf maraqlıdır.