Azərbaycan Türkiyədən kimyəvi maddələrin idxalına çəkdiyi xərci artırıb

Energetika
  • 20 mart, 2023
  • 13:38
Azərbaycan Türkiyədən kimyəvi maddələrin idxalına çəkdiyi xərci artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 76,902 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsulları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Hesabata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 15,1 % çoxdur.

Təkcə bu ilin fevral ayında Türkiyə Azərbaycana 38,745 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 7,4 % çoxdur.

İki ay ərzində Türkiyənin kimyəvi maddələr və məhsulları ixracının dəyəri 1 il əvvələ nisbətən 0,5 % azalaraq 4,548 milyard ABŞ dolları, təkcə fevral ayında isə bu məhsulların ixracının dəyəri 7,4 % azalaraq 2,252 milyard ABŞ dolları təşkil edib.

44 filmi