Azərbaycan qaz ixracını 7 %-yə yaxın artırıb, neft ixracını 4 % azaldıb

Energetika
  • 10 fevral, 2024
  • 07:26
Azərbaycan qaz ixracını 7 %-yə yaxın artırıb, neft ixracını 4 % azaldıb

2023-cü ildə Azərbaycanın təbii qaz ixracı 6,6 % artaraq 23 milyard 856 milyon 355 min 587 kubmetr təşkil edib.

Bu barədə “Report” SOCAR-ın ötən il üzrə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair açıqladığı hesabata istinadən məlumat verir.

Bildirilib ki, bu, 2023-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 17 milyon 768 min 808 ton təşkil edib. 2022-ci illə müqayisədə neft ixracında 761 min 484 ton və ya 4,1 % azalma qeydə alınıb.

Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir.

Xatırladaq ki, 2022-ci il ərzində SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 18 milyon 530 min 292 ton, Azərbaycanın təbii qaz ixracı isə 22 milyard 379 milyon 601 min kubmetr təşkil edib.

Hazırda Azərbaycan təbii qaz ixracını 8 ölkəyə, neft ixracını isə 20 ölkəyə həyata keçirir. Cənub Qaz Dəhlizinin sonuncu həlqəsi və Avropa hissəsi olan Trans-Adriatik Boru Kəmərinin 2027-ci ilin sonunadək genişləndirilməsindən sonra Azərbaycanın təbii qazının ixrac edəcək ölkələrin sayı artacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti