Azərbaycan Polşadan kerosin idxalını bərpa edib
- 30 mart, 2023
- 12:14
Bu ilin yanvar ayında Azərbaycan xaricdən 3 milyon ABŞ dolları dəyərində 1 min 690 ton kerosin yanacağı (reaktiv mühərriklər üçün kerosin yanacağı istisna olmaqla) alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9,5 min dəfə, kəmiyyət olaraq – 16,9 min dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Belçikadan 2,57 milyon ABŞ dolları dəyərində 1 min 500 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 345,37 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 1 113 dəfə çoxdur) 180,3 ton (+1 800 dəfə), Amerika Birləşmiş Ştatlarından 22,24 min ABŞ dolları dəyərində 7,11 ton (bir il əvvəl tədarük olmayıb), Polşadan 11,27 min ABŞ dolları dəyərində 2 ton, Almaniyadan 0,83 min ABŞ dolları dəyərində 0,13 ton (bir il əvvəl tədarük olmayıb) kerosin yanacağı gətirib.
Bir il 10 aylıq fasilənin ardından Polşadan tədarük bərpa edilib.