Azərbaycan polietilen ixracından gəlirini 76 % artırıb

Azərbaycan polietilen ixracından gəlirini 76 % artırıb Bu ilin yanvar-fevral aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 24 371 ton ilkin formalarda polietilen ixrac edib
Energetika
17 Mart , 2021 11:58
Azərbaycan polietilen ixracından gəlirini 76 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 24 371 ton ilkin formalarda polietilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 23,616 milyon ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5 193 ton (27,07 %) az və 10,201 milyon ABŞ dolları (76 %) çoxdur.

Ötən iki ay ərzində polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 7,1 %, ilkin formalarda polietilenin ixracda payı 0,85 % olub.

Azərbaycanda aşağı və yüksək sıxlıqlı polietilen istehsal edilir. Aşağı sıxlıqlı polietilen Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda, yüksək sıxlıqlı polietilen isə “SOCAR Polymer” MMC-nin ötən ilin fevralında istismara verilmiş eyni adlı zavodunda istehsal edilir.

Son xəbərlər

Orphus sistemi