Azərbaycan polietilen ixracından gəlirini 64 % artırıb

Azərbaycan polietilen ixracından gəlirini 64 % artırıb Ötən rüb polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 7 % olub
Energetika
17 Aprel , 2021 17:02
Azərbaycan polietilen ixracından gəlirini 64 % artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 33 747 ton ilkin formalarda polietilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 35,142 milyon ABŞ dolları təşkil edib.

Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,649 milyon ABŞ dolları (63,5%) və 2 736 ton (8,8%) çoxdur.

Ötən rüb polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 7 %, ümumi ixracda payı isə 0,85 % olub.

Azərbaycanda aşağı və yüksək sıxlıqlı polietilen istehsal edilir. Aşağı sıxlıqlı polietilen Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda, yüksək sıxlıqlı polietilen isə “SOCAR Polymer” MMC-nin ötən ilin fevralında istismara verilmiş eyni adlı zavodunda istehsal edilir.

Son xəbərlər

Orphus sistemi