​Azərbaycan neftinin fevral ayı üçün orta qiyməti 60 dollar/barel olub

​Azərbaycan neftinin fevral ayı üçün orta qiyməti 60 dollar/barel olub "Brent" markalı xam neftin 1 bareli isə orta hesbla 58 dollara satılıb
Energetika
3 Mart , 2015 11:32
​Azərbaycan neftinin fevral ayı üçün orta qiyməti 60 dollar/barel olub

Bakı. 3 mart. REPORT.AZ/ Bu ilin fevral ayında dünya bazarında "Brent" tipli xam neftin 1 bareli orta hesbla 58,13 ABŞ dollarına, "Urals" nefti 57,81 dollara, "BTC FOB Ceyhan" tipli xam neft isə 59,99 dollara satılıb. "Report"un Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) aldığı məlumata görə, bu rəqəmlər "Plats Crude Oil Marketwire" nəşrində dərc olunmuş xam neftin dünya bazarındakı kotirovkalarında göstərilib.

"Platts European Marketscan" nəşri "FOB MED (Italy)" başlığı altında dərc olunmuş neft məhsullarının dünya bazarında kotirovkalarını təqdim edib.

Məlumatlara görə, ötən ay etilləşdirilməmiş benzinin qiyməti 572,95 dollar/ton, təyyarə yanacağının qiyməti 575,60 dollar/ton, dizel yanacağının qiyməti 539,09 dollar/ton, 1% kükürdlü mazutun qiyməti isə 314,04 dollar/ton olub.

Orphus sistemi