Azərbaycan nefti cüzi ucuzlaşıb
Energetika
- 23 mart, 2022
- 05:35
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,26 ABŞ dolları, yaxud 0,22 % azalaraq 119,31 ABŞ dollarına düşüb.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Dünən “Brent” markalı neftin bir bareli 115,48 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Son xəbərlər
13:27
Zahit Cəfərov: "FIS Kontinental Kubokda yarışmaq hüququ qazanmaq mənim üçün qələbədir"
Fərdi13:22
Foto
Cəlilabadda Tunc dövrünə aid saxsı qablar aşkarlanıb
Elm və təhsil13:16
Gənclər Fondu qrant müsabiqəsinin nəticələrini elan edib
Elm və təhsil13:16
Elnur Soltanov: "Qarabağda enerjinin paylanılması üçün yeni texnologiyalar sınaqdan keçirilir"
Energetika13:15
Nicat Abasov: "Şahmat Olimpiadasında uğurlu çıxış etmək üçün bəxt amili də vacibdir"
Fərdi13:12
"Milliyet": Bu gün TDT ölkələri müxtəlif istiqamətlərdə əməkdaşlıq üçün işlər görürlər
Xarici siyasət13:12
Vladimir Putin İlham Əliyevə zəng edib
Xarici siyasət13:07
Foto
Video
Azərbaycan Ordusunda yeni tədris ili başlayıb
Hərbi13:04