Azərbaycan karbamid ixracından əldə etdiyi qazancını açıqlayıb
- 30 aprel, 2024
- 16:20
Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrə 26,9 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilir.
Bu, 2023-cü ilin ilk rübünün göstəricisi ilə müqayisədə 0,5 milyon ABŞ dolları və ya 1,8 % azdır.
Qeyd edək ki, bu ilin I rübü ərzində Azərbaycanın ümumi ixracı 6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracı isə 673,7 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.