Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri ilə bağlı memorandum imzalanıb

Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri ilə bağlı memorandum imzalanıb Bakı. 18 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycana səfərə gələn “Gürcüstan Dövlət Elektrosistem” ASC-nin idarə heyətinin sədri David Tvalabeişvili ilə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin görüşü olub.
Energetika
18 Dekabr , 2018 17:32
Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri ilə bağlı memorandum imzalanıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycana səfərə gələn “Gürcüstan Dövlət Elektrosistem” ASC-nin idarə heyətinin sədri David Tvalabeişvili ilə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin görüşü olub. 

Bu barədə “Report”a "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı məlumat verib.

Görüşdə Azərbaycan-Gürcüstan Elektroenergetika sisteminin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi edilib. Eyni zamanda tərəflər arasında mövcud olan müqavilə münasibətlərinə dair müzakirələr və 330 kV-luq ikidövrəli ötürücü xəttinin inşası üzrə geniş müzakirələr aparılıb.

Müzakirələrin yekunundan sonra Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri ilə bağlı memorandum imzalanıb. 

Son xəbərlər

Orphus sistemi