Azərbaycan əhalisi yanacaq xərclərini 7 %-dən çox artırıb
- 12 sentyabr, 2022
- 08:45
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 749,8 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, satılan benzin və dizel yanacağı ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % çoxdur.
Bu ilin 8 ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,7 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 30 milyard 874,5 milyon manatlıq, o cümlədən 17 milyard 426 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 milyard 448,5 milyon manatlıq qeyri-ərzaq malları satılıb.