Azərbaycan aviasiya yanacağı ixracını 14 dəfə artırıb
- 28 mart, 2023
- 06:35
Bu ilin ilk ayında Azərbaycandan xaricə 1 milyon ABŞ dolları dəyərində 1 min 158 ton aviasiya yanacağı ixrac edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 17 dəfə, kəmiyyət olaraq - 14 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Gürcüstana 971,5 min ABŞ dolları dəyərində 1 min 92 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyaya 35,22 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9 % azdır) 32,84 ton (-38 %) və Türkiyəyə 33,5 min ABŞ dolları dəyərində (+48 %) 32,78 ton (+1,4 %) məhsul satıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycandan xaricə (74 ölkəyə) göndərilən 126 min ton aviasiya yanacağının 58 %-i Lüksemburqun payına düşüb.