Azərbaycanın 5 ayda metanol istehsalı 10 %-dən çox azalıb

Energetika
  • 17 iyun, 2025
  • 15:04
Azərbaycanın 5 ayda metanol istehsalı 10 %-dən çox azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 183,8 min ton həcmində metanol (metil spirit) istehsal olunub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2024-cü ilin 5 ayı ilə müqayisədə 10,1 % azdır.

Bu il iyunun 1-nə 32,8 min ton hazır məhsul qalığı yaranıb.

Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Metanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.