Azərbaycan ilk dəfə oğlanlar arasında basketbol üzrə U-20 Avropa çempionatına ev sahibliyi edəcək

Komanda
  • 21 noyabr, 2026
  • 17:56
Azərbaycan ilk dəfə oğlanlar arasında basketbol üzrə U-20 Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək.

Bu barədə "Report"a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən bildirlib.

Noyabrın 20-də Almaniyanın Hamburq şəhərində keçirilən FIBA Avropa İdarə Heyətinin iclasında 2027-ci ilin gənclər arasında Avropa çempionatlarının ev sahibi şəhərləri təsdiqlənib.

Qərara əsasən, 20 yaşadək oğlanlar arasında Avropa çempionatının B divizionu 2027-ci il iyulun 9-dan 18-dək Bakıda keçiriləcək.