Azərbaycan 4 ayda metanol ixracından qazancını 25 %-ə yaxın artırıb

Energetika
  • 20 may, 2025
  • 13:58
Azərbaycan 4 ayda metanol ixracından qazancını 25 %-ə yaxın artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 121 min 697,80 ton metanol (metil spirti) ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə metanolun dəyəri 36 milyon 364,78 min ABŞ dolları təşkil edib.

Bu, 2024-cü illin 4 ayının göstəriciləri ilə müqayisədə müvafiq olaraq 17,8 % az və 24,6 % çoxdur.

Hesabat dövründə metanolun ölkənin qeyri-neft sektoru üzrə ixracında payı 3,40 %, ilkin formalarda metanolun ümumi ixracdakı payı isə 0,41 % təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,5 %, idxal isə 48,8 % artıb.

Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) metanol zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Metanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.