ARDNF “Şahdəniz”dən gəlirlərini bir ildə 48 %-dən çox azaldıb

ARDNF “Şahdəniz”dən gəlirlərini bir ildə 48 %-dən çox azaldıb 2020-ci ilin 5 ayında ARDNF-in “Şahdəniz” yatağı üzrə əldə etdiyi gəlirin həcmi 120 milyon ABŞ dolları təşkil edib
Energetika
2 İyun , 2021 12:06
ARDNF “Şahdəniz”dən gəlirlərini bir ildə 48 %-dən çox azaldıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından 62,176 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Bu barədə “Report”a Fonddan məlumat verilib.

Bildirilir ki, bu, 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 57,824 milyon ABŞ dolları və ya 48,2 % azdır.

Xatırladaq ki, 2020-ci ilin 5 ayında ARDNF-in “Şahdəniz” yatağı üzrə əldə etdiyi gəlirin həcmi 120 milyon ABŞ dolları təşkil edib.

Bu ilin 5 ayı ərzində Dövlət Neft Fonduna daxil olan vəsaitlərin 57,131 milyon ABŞ dolları qaz kondensatın payına düşüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,969 milyon ABŞ dolları və ya 13,4 % azdır.

Xatırladaq ki, 2020-ci ilin yanvar-may aylarında ARDNF-in "Şahdəniz" qaz-kondensat yatağından əldə etdiyi gəlirlərin həcmi 66 milyon ABŞ dolları təşkil edib. Bunun 59 milyon ABŞ dolları isə kondensatın payına düşüb.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 28,8 %), AzSD (10 %), "SGC Upstream" (6,7 %), "Petronas" (15,5 %), "LUKoil" (10 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi