Apreldə Türkiyədə neft koksunu ancaq STAR NEZ istehsal edib

Energetika
  • 28 iyun, 2024
  • 11:57
Apreldə Türkiyədə neft koksunu ancaq STAR NEZ istehsal edib

Bu ilin aprel ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 64 min 473 tondan çox neft koksu istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir.

Bildirilir ki, bu, 2023-cü ilin aprel ayı ilə müqayisədə 14 min 776 ton və ya 18,6 % azdır.

Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 64 min 473 tona yaxın neft koksu istehsal edilib ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 101 min 482 ton və ya 2,6 dəfə azdır.

Göründüyü kmii, bu ilin aprel ayında Türkiyədə istehsal edilən neft koksu tam olaraq STAR NEZ-in payına düşüb.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 12 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.

Son xəbərlər

Bütün Xəbər Lenti