Almaniya Azərbaycandan neft alışını 14 %-ə yaxın artırıb
- 21 iyun, 2025
- 12:38
Bu ilin yanvar-may aylarında Azərbaycan Almaniyaya 501 min 232,64 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 277 milyon 011,83 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə 13,7 % çox, dəyəri isə 5,7 % azdır.
Almaniyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 4,84 % olub.
Gömrük bəyannamələrinə əsasən, bu ilin yanvar-may aylarında Azərbaycan 5 milyard 642 milyon 731,28 min ABŞ dolları dəyərində 10 milyon 363 min 108,79 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 20 milyard 966 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 1,1 milyon ABŞ dolları ixracın, 9 milyard 964,8 milyon ABŞ dolları isə idxalın payına düşüb.