Aİ ölkələri 9 ayda Azərbaycan neftinin idxalına 7,5 milyard avrodan artıq vəsait xərcləyib
- 09 dekabr, 2024
- 07:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) ölkələri bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 12 milyon 275,482 min ton neft idxal edib.
“Report” bu barədə Avropa İttifaqının Statistika İdarəsinin (“Eurostat”) məlumatına istinadən xəbər verir.
Bu, ötən ilin 9 ayının göstəricisindən 23,8 % azdır.
Hesabat dövründə Azərbaycandan Aİ ölkələrinə tədarük olunan neftin dəyəri 7 milyard 532,375 milyon avro (21,9 % az) təşkil edib.
Avropa İttifaqı ölkələri arasında 9 ayda Azərbaycandan ən çox neft idxal edən ilk beşliyə aşağıdakılar daxildir: İtaliya - 3 milyard 440,610 milyon avro (35,9 % az) dəyərində 5 milyon 655,332 min ton (37,2 % az), Çexiya - 1 milyard 193,460 milyon avro (37,1 % çox) dəyərində 1 milyon 923,025 min ton (34 % çox), Portuqaliya - 640,165 milyon avro (2,1 dəfə çox) dəyərində 1 milyon 42,404 min ton (2,1 dəfə çox), Almaniya - 626,110 milyon avro (31,2 % çox) dəyərində 1 milyon 9,414 min ton (26,9 % çox), Xorvatiya - 631,401 milyon avro (8,5 % çox) dəyərində 1 milyon 31,642 min ton (5,1 % çox).
Bu ilin sentyabr ayında Aİ ölkələri Azərbaycandan 735,35 milyon avro (1,6 dəfə az) dəyərində 1 milyon 304,5 min ton neft (28,2 % az) idxal edib.
Azərbaycandan neft alışına görə TOP5 ölkələr sırasına İtaliya (223,468 milyon avro dəyərində 410,909 min ton), Çexiya (120,525 milyon avro dəyərində 210,191 min ton), Rumıniya (99,606 milyon avro dəyərində 180,205 min ton), Xorvatiya (95,087 milyon avro dəyərində 168,662 min ton), Portuqaliya (80,543 milyon avro dəyərində 137,389 min ton) daxildir.
“Eurostat”ın məlumatına görə, 2023-cü ildə Aİ ölkələri Azərbaycandan təxminən 12,4 milyard avro (18 % az) dəyərində 20,3 milyon tona yaxın neft (2022-ci illə müqayisədə 2,6 % çox) idxal edib.