Aİ ölkələri 10 ayda Azərbaycandan qaz idxalını cüzi artırıb

Energetika
  • 08 yanvar, 2025
  • 14:10
Aİ ölkələri 10 ayda Azərbaycandan qaz idxalını cüzi artırıb

2024-cü ilin yanvar-oktyabr aylarında Avropa İttifaqı (Aİ) ölkələri - İtaliya, Yunanıstan və Bolqarıstan Azərbaycandan qaz idxalını ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 % artıraraq 411,539 min teracoula (TC) çatdırıb.

Bu barədə “Report”a Avropa İttifaqının Statistika İdarəsindən (“Eurostat”) məlumat verilib.

Hesabat dövründə Aİ ölkələrinə Azərbaycandan idxal edilən qazın dəyəri 3 milyard 598,419 milyon avro (illik 28,2 % az) təşkil edib.

2024-cü ilin 10 ayında İtaliya Azərbaycandan 2 milyard 871,852 milyon avro dəyərində (28,3 % az) 319,232 min TC təbii qaz (3,6 % artım), Yunanıstan 519,723 milyon avro dəyərində (30,2 % az) 64,855 min TC (7,1 % az), Bolqarıstan isə 206,843 milyon avro dəyərində (22,2 % az) 27,452 min TC (12,4 % az) tədarük edib.

Oktyabrda Aİ ölkələri Azərbaycandan qaz idxalını 7 % azaldaraq 41,998 min TC-yə endirib və bu məqsədlə 431,324 milyon avro (2023-cü ilin oktyabr göstəricisindən 3,1 % azalma) xərcləyib.

Bu müddətdə İtaliya 373,344 milyon avro dəyərində 35,178 min TC, Yunanıstan isə 57,980 milyon avro dəyərində 6,82 min TC Azərbaycan qazı alıb. Bolqarıstan oktyabr ayında Azərbaycandan qaz idxal etməyib.

Qeyd edək ki, “Evrostat”ın məlumatına görə, 2023-cü ildə Aİ ölkələri Azərbaycandan 6,2 milyard avro dəyərində (illik 2,5 dəfə az) 492,9 min TC (2,5 % çox) təbii qaz idxal edib.