“Abşeron” yatağının işlənilməsi layihəsinin II mərhələsi üzrə investisiya qərarı ilin sonuna qədər verilə bilər

“Abşeron” yatağının işlənilməsi layihəsinin II mərhələsi üzrə investisiya qərarı ilin sonuna qədər verilə bilər Xəzər dənizindəki “Abşeron” qaz-kondensat yatağının işlənilməsi layihəsinin ikinci mərhələsi üzrə investisiya qərarı bu ilin sonuna qədər verilə bilər.
Energetika
4 İyun , 2024 17:02
“Abşeron” yatağının işlənilməsi layihəsinin II mərhələsi üzrə investisiya qərarı ilin sonuna qədər verilə bilər

Xəzər dənizindəki “Abşeron” qaz-kondensat yatağının işlənilməsi layihəsinin ikinci mərhələsi üzrə investisiya qərarı bu ilin sonuna qədər verilə bilər.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın vitse-prezidenti Babək Hüseynov deyib.

“Doğrudur, “Abşeron” yatağının işlənilməsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının gələn il verilməsi gözlənilir. Lakin çalışırıq ki, bununla bağlı qərar 2024-cü ilin sonuna qədər qəbul edilsin”.

Vitse-prezident qeyd edib ki, Abu Dabi Milli Neft Şirkətinin (ADNOC) bu layihəyə daxil olması SOCAR üçün əla dəstəkdir: “Dövlət Neft Şirkəti ikinci mərhələ çərçivəsində ilk qazın planlaşdırılan müddətdə əldə edilməsinə ümid bəsləyir. İlk qazın müəyyən olunan müddətdə əldə edilməsi üçün operatorla çox sıx əməkdaşlıq edirik və Fransanın "Total" şirkəti bu istiqamətdə üzərinə düşən məsuliyyəti başa düşür”.

Qeyd edək ki, "Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir.

"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında kontrakt imzalanıb. 2023-cü ilin avqustun 4-də isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının alınmasına dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi