ABŞ strateji neft ehtiyatlarını açıb

ABŞ strateji neft ehtiyatlarını açıb ABŞ prezidenti Co Bayden neft qiymətini azaltmaq üçün strateji ehtiyatdan 50 milyon barel çıxartdıqlarını açıqlayıb.
Energetika
100
23 Noyabr , 2021 17:21
ABŞ strateji neft ehtiyatlarını açıb

ABŞ prezidenti Co Bayden neft qiymətini azaltmaq üçün strateji ehtiyatdan 50 milyon barel çıxartdıqlarını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev bildirib:

“Bu gün prezident amerikalılar üçün qiymətləri azaltmaq, pandemiyadan sonra dirçələn tələbatla təklif arasında uyğunsuzluğu aradan qaldırmaq üçün Enerji Departamentinin strateji neft ehtiyatından 50 milyon barel nefti istifadəyə buraxacaq”.

Həmçinin Ağ Evin dünya neft bazarındakı qiymətləri aşağı salmaq üçün strateji ehtiyatlarının bir hissəsini açmaları istiqamətində Yaponiya, Cənubi Koreya, Çin, Hindistan kimi ölkələrlə diplomatik təmaslar yürütdüyü, nəticədə son bir neçə həftə ərzində qiymətlərin 10 %-ədək azaldığı da qeyd olunur.

Son xəbərlər

Orphus sistemi