ABŞ Rusiyadan neft və qaz idxalını dayandırıb

ABŞ Rusiyadan neft və qaz idxalını dayandırıb ABŞ Rusiyadan neft və qaz idxalını dayandırır.
Energetika
8 Mart , 2022 20:30
ABŞ Rusiyadan neft və qaz idxalını dayandırıb
Cozef Bayden

ABŞ Rusiyadan neft, qaz və kömürün idxalına qadağa qoyub.

“Report” xəbər verir ki, bunu Ağ Evdə Ukrayna ətrafındakı vəziyyətlə bağlı çıxışı zamanı ABŞ prezidenti Cozef Bayden deyib.

“Bu gün mən bəyan edirəm ki, ABŞ Rusiya iqtisadiyyatının əsas arteriyasını hədəfə alıb. Biz Rusiyadan bütün neft, qaz və enerji idxalına qadağa qoyuruq. Bu o deməkdir ki, Rusiya nefti artıq ABŞ limanlarına daxil ola bilməyəcək və Amerika xalqı Rusiya Prezidenti Vladimir Putinin döyüş maşınına daha bir güclü zərbə vuracaq. Bu, Konqresdə və inanıram ki, ölkədə güclü ikipartiyalı dəstəyi olan bir addımdır.

Amerikalılar Ukrayna xalqını dəstəkləmək üçün toplaşdılar və Putinin müharibəsinin subsidiyalaşdırılmasında iştirak etməyəcəyimizi açıq şəkildə bildirdilər. Biz bu qərarı dünyada, xüsusən də Avropadakı müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx məsləhətləşmələrdən sonra qəbul etdik”, - deyə prezident bildirib.

Onun sözlərinə görə, ABŞ başa düşür ki, onun avropalı müttəfiqləri Rusiyanın enerji idxalına qoyulan qadağaya qoşula bilməyəcək.

C. Bayden deyib ki, qərar ABŞ-ın özünə zərbə vuracaq, lakin Vaşinqton bu addımı atmalıdır.

Son xəbərlər

Orphus sistemi