ABŞ aviasiya yanacağından istifadəni dayandıra bilər

ABŞ aviasiya yanacağından istifadəni dayandıra bilər ABŞ prezidenti Co Bayden administrasiyası 2050-ci ilə qədər aviasiya yanacağından istifadəni dayandırmağı müzakirə edir. Buna səbəb iqlim dəyişikliyinin qarşısını almaqdır.
Energetika
11 Avqust , 2021 02:58
ABŞ aviasiya yanacağından istifadəni dayandıra bilər

ABŞ prezidenti Co Bayden administrasiyası 2050-ci ilə qədər aviasiya yanacağından istifadəni dayandırmağı müzakirə edir. Buna səbəb iqlim dəyişikliyinin qarşısını almaqdır.

“Report” xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

ABŞ ümid edir ki, ölkədəki təyyarələr 2050-ci ilə qədər yalnız bərpa olunan yanacaqla uçacaqlar. Müzakirələr hələ ilkin mərhələdədir, digər detallar məlum deyil.

Prezident administrasiyası ekoloji cəhətdən təmiz yanacaqdan istifadə məsələsinin nəzərdən keçirildiyini təsdiqləsə də, dəyişikliklərin 2050-ci ilə planlaşdırıldığı barədə məlumatı şərh etməyib.

Qeyd edək ki, ABŞ və Avropa standart aviasiya yanacağından bir neçə dəfə bahalı olan bərpa olunan yanacaqların istehsalını və istifadəsini stimullaşdırmaq yollarını tapmağa çalışır.

Son xəbərlər

Orphus sistemi