Yuxarı

Dövlət peşə təhsili müəssisələrində işləmək istəyənlər üçün sənəd qəbulu başlayıb

Dövlət peşə təhsili müəssisələrində işləmək istəyənlər üçün sənəd qəbulu başlayıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu gündən dövlət peşə təhsili müəssisələrində işləmək istəyən ümumtəhsil və ixtisas fənn müəllimlərinin, istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsahibə mərhələsi üçün sənədlərin qəbuluna başlanılır.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, ümumtəhsil fənn müəllimləri üzrə vakant yerlərə son iki il ərzində nazirlik tərəfindən keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplamış, ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər müraciət edə bilərlər.

İxtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu ali və ya orta ixtisas təhsili müəssisələrini müvafiq ixtisaslar üzrə bitirən təcrübəli mütəxəssislər arasında müsahibə yolu ilə aparılacaq.

Namizədlər sənədləri (müraciət forması, şəxsiyyət vəsiqəsinin və təhsil sənədinin surəti) sentyabr ayının 10-dək Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə (Nazim Hacıyev, 4) və ya office@vet.edu.gov.az elektron ünvanına təqdim etməlidirlər.

2018-2019-cu tədris ilində respublikanın şəhər və rayonlarında yerləşən peşə təhsili müəssisələrinə işə qəbul üzrə vakant yerlər barədə məlumatı bu linkə daxil olmaqla əldə etmək olar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi