Ceyhun Bayramov: "Yeni ibtidai sinif dərsliklərinin hazırlanması üçün işlər aparılır"

Ceyhun Bayramov: "Yeni ibtidai sinif dərsliklərinin hazırlanması üçün işlər aparılır" Bakı. 5 mart. REPORT.AZ/ Təhsil Nazirliyinin sifarişi ilə Təhsil Problemləri İnstitutu yeni ehtiyat dərslik konsepsiyasına uyğun olaraq ibtidai sinif dərsliklərinin hazırlanması prosesi istiqamətində işlər aparır.
Elm və təhsil
5 Mart , 2018 13:04
Ceyhun Bayramov: Yeni ibtidai sinif dərsliklərinin hazırlanması üçün işlər aparılır
Ceyhun Bayramov

Bakı. 5 mart. REPORT.AZ/ "Təhsil Nazirliyinin sifarişi ilə Təhsil Problemləri İnstitutu yeni ehtiyat dərslik konsepsiyasına uyğun olaraq ibtidai sinif dərsliklərinin hazırlanması prosesi istiqamətində işlər aparır".

"Report" xəbər verir ki, bunu təhsil naziri səlahiyyətlərini icra edən nazir müavini Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, hər bir sinif üçün dərslik hazırlanan zaman müəllim üçün də metodik vəsait hazırlanır: "Yeni ehtiyat dərslik modelində müəllimlər üçün də tövsiyə xarakterli metodik vəsaitin hazırlanması nəzərdə tutulub".

Nazir müavini qeyd edib ki, ilkin konsepsiya hazırlanan zaman beynəlxalq tədqiqatın nəticələri, orada ölçülən göstəricilər məzmun baxımından nəzərə alınıb: "Hesab edirik ki, beynəxalq təqdiqaqatların meyarları yeni dərslik konsepsiyasında nəzərə tutulacaq. Növbəti illərdə həmin dərsliklərin tətbiq olunması ilə bağlı daha müsbət nəticələr əldə edəcəyik".

C.Bayramov əlavə edib ki, bəzən kurrikulum valideynlər, mütəxəssislər tərəfindən birmənalı qarşılanmır: "Amma tədqiqatların nəticələri təhsil sistemində müsbət dinamikanın olduğunu göstərir. Bu da bir daha sübut edir ki, həmin istiqamət doğru seçilib." 

Son xəbərlər

Orphus sistemi