Bakı Dövlət Universitetində (BDU) "Gender bərabərliyi və media azadlığı" fənninin tədrisi planlaşdırılır.
Bu barədə "Report"a ali təhsil müəssisəsinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki,
S.Z.Hernyes Avropa Şurasının "Azərbaycanda gender bərabərliyi və media azadlığı" layihəsi, bu istiqamətdə görülən işlər və jurnalistika ilə bağlı çap edilən vəsaitlər barədə məlumat verib.
Səfir layihə çərçivəsində hazırlanmış "Gender bərabərliyi və media azadlığı" kursu üzrə kurikulumu rektora təqdim edib, proqramın hazırlanmasında Jurnalistika və Hüquq fakültələrinin müəllimlərinin iştirakına yaratdığı şəraitə görə minnətdarlığını bildirib. Bu kurs üzrə proqramın Avropa Şurası ölkələrində ilk dəfə olaraq həyata keçirildiyini vurğulayan səfir gələcəkdə bu təcrübədən digər ölkələrdə də istifadə olunacağını qeyd edib.
E.Babayev gender bərabərliyinin təşviqində medianın rolunun əvəzsiz olduğunu bildirib və bu istiqamətdə yeni düşüncə tərzinə malik jurnalistlərin yetişdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə "Gender bərabərliyi və media azadlığı" fənninin Junralistika fakültəsinin tədris planına salınması ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Avropa Şurasının "Gender bərabərliyi və media azadlığı" layhəsinin rəhbəri Pərvanə Bayramova və Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev də iştirak edib.