İlahiyyat İnstitutunda 200 manatlıq yeni təqaüd təsis olunub

Elm və təhsil
  • 15 fevral, 2019
  • 06:00
İlahiyyat İnstitutunda 200 manatlıq yeni təqaüd təsis olunub

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Elmi Şurasının qərarı ilə ümummilli lider Heydər Əliyev adına 200 manat məbləğində aylıq təqaüd təsis edilib.

Bu barədə "Report"a Aİİ-dən məlumat verilib.  

Bildirilib ki, institutun Elmi Şurası ümummilli lider Heydər Əliyev adına aylıq təqaüdün təsis edilməsi barədə qərar qəbul edib.

Həmin təqaüd qış imtahan sessiyasında fərqlənən tələbəyə fevral-iyul ayları üzrə, yay imtahan sessiyasında fərqlənən tələbəyə isə avqust-yanvar ayları üzrə ödəniləcək. 

Son xəbərlər

Bütün Xəbər Lenti