Aİ-nin Tbilisidəki Avropa məktəbində Azərbaycandan bir gənc təhsil alacaq

Aİ-nin Tbilisidəki Avropa məktəbində Azərbaycandan bir gənc təhsil alacaq Tbilisi. 4 sentyabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində Avropa İttifaqının (Aİ) “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələr üçün nəzərdə tutulmuş Avropa məktəbi açılıb.
Elm və təhsil
4 Sentyabr , 2018 11:37
Aİ-nin Tbilisidəki Avropa məktəbində Azərbaycandan bir gənc təhsil alacaq

Tbilisi. 4 sentyabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində Avropa İttifaqının (Aİ) “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələr üçün nəzərdə tutulmuş Avropa məktəbi açılıb.

“Report”un yerli bürosunun xəbərinə görə, rəsmi açılış mərasimində Aİ-nin qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han və Gürcüstanın Baş naziri Mamuka Baxtadze, rəsmi şəxslər və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Gürcüstanın təshisl, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili məktəbin açılmasında göstərdiyi dəstəyə görə Aİ-yə təşəkkür edib: "Məktəb gənclər üçün Avropa keyfiyyətli təhsil almaq üçün unikal şansdır. Məzunlar gələcəkdə Avropanın əsas dəyərlərinin təbliğatına xüsusi töhvə verəcəklər".

Daha sonra çıxış edən M. Baxtadze Avropa məktəbini Aİ və Gürcüstan arasında əməkdaşlığın ən uğurlu layihələrindən biri adlandırıb: "Məktəbdə müxtəlif millətləri təmsil edən 30 tələbə təhsil alacaq. Gürcüstan tarixən çoxmillətli ölkə olub və bu bizim irsimizdir. Avropa məktəbi Gürcüstanın bu ənənəsini davam etdirəcək".

Y.Han öz növbəsində məktəbin açılmasını Aİ və Gürcüstan arasında uğurlu əməkdaşlığın daha bir nümunəsi adlandırıb: "Məktəbə Gürcüstan, Аzərbaycan, Ermənistan, Belarus, Ukrayna və Moldovadan iki mindən çox gənci maraq göstərib. Nəticədə 30 tələbə seçilib. Bütün tələbələrə uğurlar arzu edirəm".

Azərbaycandan Avropa məktəbinə 2018-2019-cu tədris ilində müsabiqə yolu ilə qəbul olmuş yeganə tələbə 16 yaşlı gənc Ülvi Qitəliyevdir. O, "Report"a açıqlamasında bildirib ki, müsabiqənin bütün mərhələlərindən uğurla keçib.

"Məktəbdə iki il ərzində beynəlxalq bakalavr proqramı üzrə ingilis dilində təhsil alacam. Təhsilimi başa vurub Azərbaycana qayıdacam və təhsilimi davam etdirəcəm. Gələcəkdə hədəfim vətənimə xidmət etməkdir", - o bildirib.

Qeyd edək ki, təhsil ocağı bina inşa olunana qədər “Yeni məktəb” adlı özəl məktəbdə fəaliyyət göstərəcək. 

Son xəbərlər

Orphus sistemi