Yuxarı
    Bağlamaq

    ADU-da imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub

    İmtahanlar əyani şöbədə fevralın 3-dək, qiyabi şöbədə isə fevralın 9-dək davam edəcək

    Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub.

    "Report"un məlumatına görə, mediaturda 2016-2017-ci tədris ilinin payız sessiyasının gedişini müşahidə etmək məqsədilə təhsil ekspertləri, KİV nümayəndələri, QHT təmsilçiləri və ADU-nun İctimai Nəzarət Şurasının üzvləri iştirak ediblər. 

    Qonaqlar ali təhsil müəssisəsinin bir neçə auditoriyasında imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi ilə yaxından tanış olublar.

    ADU-nun rektoru vəzifəsini icra edən Əfqan Abdullayev bildirib ki, hazırda universitetdə 6 381 tələbə təhsil alır: "Onlardan 86 nəfəri qiyabi şöbədə oxuyur. Tələbələrin 6 121 nəfəri bakalavriat, 260 nəfəri isə magistratura pilləsində təhsil alır. Ali təhsil müəssisəsinin professor-müəlllim heyətinə 770 nəfər daxildir".

    Onun sözlərinə görə, universitetdə payız imtahan sessiyasına dekabr ayının 30-da start verilib: "İmtahanlar əyani şöbədə fevralın 3-dək, qiyabi şöbədə isə fevralın 9-dək davam edəcək. Ali təhsil müəssisəsində imtahanlar yalnız yazılı formada keçirilir. İmtahanlar ciddi nəzarətə götürülüb, yazılar şifrələnir, sonra yoxlanılır. İmtahanların cavabları iki gün ərzində tələbələrə elan edilir".

    Ə.Abdullayev deyib ki, universitetdə imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə Operativ Qərargah yaradılıb: "İmtahanın nəticələri ilə razılaşmayan tələbələr ərizə ilə Münaqişə Komissiyana müraciət edirlər, oradan Qərərgaha yönəldilir. Tələbələrin imtahanla bağlı təklif və şikayətlərini bildirmələri üçün universitetin bütün korpuslarında möhürlənmiş şəffaf qutular da yerləşdirilib".

    Foto: Elşən Baba

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi