Zehavit Qross: “İsraildə Azərbaycan dili mərkəzinin açılması elmi mübadilə üçün əla fürsətdir”

Zehavit Qross: “İsraildə Azərbaycan dili mərkəzinin açılması elmi mübadilə üçün əla fürsətdir” "İsrailin Bar-İlan Universitetində “Azərbaycan dili və mədəniyyəti mərkəzi”nin açılması iki ölkə arasında mədəni və elmi mübadilə üçün əla fürsətdir".
Elm və təhsil
30 Avqust , 2023 17:22
Zehavit Qross: “İsraildə Azərbaycan dili mərkəzinin açılması elmi mübadilə üçün əla fürsətdir”

"İsrailin Bar-İlan Universitetində “Azərbaycan dili və mədəniyyəti mərkəzi”nin açılması iki ölkə arasında mədəni və elmi mübadilə üçün əla fürsətdir".

Bunu "Report"a açıqlamasında Bar-İlan Universitetinin Təhsil fakültəsinin dekanı Zehavit Qross deyib.

Onun sözlərinə görə, İsrail universitetində Azərbaycan mərkəzinin açılması əla ideyadır, çünki iki ölkənin ortaq təmas nöqtələri çoxdur.

Z.Qross əlavə edib ki, bu mərkəz multikulturalizm və inklüzivlik ideyalarını birləşdirmək niyyətindədir: “Biz elə bir dövrdə yaşayırıq ki, başqa cəmiyyətlərə, mədəniyyətlərə və dillərə açıq olmalıyıq. Düşünürəm ki, bu mərkəz qlobal miqyasda elmi-tədqiqat və təhsil layihələrinin təşəbbüskarı olacaq, burada biz bilikləri bölüşməklə yanaşı, gələcək nəsillərə ötürməyə çalışacağıq”.

Son xəbərlər

Orphus sistemi