Azərbaycandan kənarda tibb təhsili almış şəxslərin diplomlarının tanınması üçün imtahan keçirilib

Azərbaycandan kənarda tibb təhsili almış şəxslərin diplomlarının tanınması üçün imtahan keçirilib Yanvarın 23-24-də Azərbaycandan kənarada tibb təhsili almış şəxslərin diplomlarının tanınması üçün imtahanlar keçirilib.
Elm və təhsil
25 Yanvar , 2023 12:14
Azərbaycandan kənarda tibb təhsili almış şəxslərin diplomlarının tanınması üçün imtahan keçirilib

Yanvarın 23-24-də Azərbaycandan kənarda tibb təhsili almış şəxslərin diplomlarının tanınması üçün imtahanlar keçirilib.

Bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2011-ci ildən ölkədə rezidentura təhsili tətbiq edildikdən sonra xarici ölkələrdə diplomdan sonra tibb ixtisasları üzrə təhsil almış şəxslərin çoxsaylı müraciətləri nəzərə alınaraq ötən il aprelin 29-da Azərbaycanın səhiyyə naziri “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması və müvafiq maarifləndirmə işlərinin aparılması barədə” əmr imzalayıb. Səhiyyə Nazirliyinin Kollegiyası da həmin əmrə əsasən "Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədilə imtahanın keçirilməsi Qaydası”nı təsdiqləyib. Bu baxımdan ötən il dekabrın 7-dək Səhiyyə Nazirliyinin rəsmi internet saytının “Elektron səhiyyə xidmətləri” bölməsində “Namizədin elektron ərizəsi”ni dolduraraq təsdiq etmiş şəxslərin imtahanları mərhələli qaydada həyata keçirilməsinə başlanılıb. İmtahanların ilk mərhələsi yanvarın 23-24-də baş tutub və həmin gün namizədlərə elektron kabinet vasitəsilə nəticələr göndərilib.

Son xəbərlər

Orphus sistemi