Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsinə görə xidmət haqqının 250 manat məbləğində ödənilməsinin tətbiqinə başlanılıb.
"Report" xəbər verir ki, qeyd edilən xidmət haqqının ödənilməsi üçün müraciətçilər
Ödənişi bank kartı ilə şəxsi kabinetdən, Hökumət Ödəniş Portalından (
Agentlik xarici kvalifikasiyaların tanınması sahəsində vətəndaşlara göstərdiyi xidmətin keyfiyyətini daha da yüksəltmək üçün mütəmadi olaraq təkmilləşdirmələr həyata keçirməkdədir. Belə ki, son dövrdə elektron ərizə sistemi funksionallıq və istifadəçi rahatlığı baxımından təkmilləşdirilib, vətəndaşlar üçün müxtəlif növ elektron arayışların əldə olunması imkanı yaradılıb, xarici ali təhsil müəssisələrinə və aidiyyəti qurumlara göndərilən sorğuların sayı minimuma endirilib. Qeyd olunan tədbirlərin əsas nəticəsi olaraq, tanınma ilə bağlı daxil olmuş müraciətlərin icra müddəti əvvəlki dövrlə müqayisədə 3 dəfəyə qədər azalıb.
Qeyd edək ki, ötən ildə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən ortalama icra müddəti 30 gün olmaqla, tanınma ilə bağlı 3 000-ə qədər müraciətin icraatı yekunlaşdırılıb, başqa sözlə, 20 000-ə qədər sənədin ekspertizası həyata keçirilib. İl ərzində daxil olmuş müraciətlərin 80 faizinin icrası müsbət qərarla yekunlaşıb.
Əlavə olaraq vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (