Nazirlik: "Ukraynada təhsil alan azərbaycanlı tələbələr Azərbaycana köçürülmə üçün müraciət edə bilərlər"

Nazirlik: "Ukraynada təhsil alan azərbaycanlı tələbələr Azərbaycana köçürülmə üçün müraciət edə bilərlər" "Hazırda Ukraynada dövlət xətti ilə təhsil alan Azərbaycan vətəndaşı mövcud deyil".
Elm və təhsil
21 Aprel , 2022 11:11
Nazirlik: Ukraynada təhsil alan azərbaycanlı tələbələr Azərbaycana köçürülmə üçün müraciət edə bilərlər

"Hazırda Ukraynada dövlət xətti ilə təhsil alan Azərbaycan vətəndaşı mövcud deyil".

Bu barədə "Report"un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, şəxsi vəsaiti və ya digər təqaüd proqramları hesabına təhsil alan tələbələr təhsillərini digər ölkələrdə davam etdirə, habelə yay aylarında transfer.edu.az xidməti aktivləşdirildikdə Azərbaycanda təhsillərini davam etdirmək üçün köçürülməyə müraciət edə bilərlər.

"Təhsil Nazirliyi yalnız dövlət hesabına təhsil alan tələbələrin qeydiyyatını aparmaqdadır. Şəxsi vəsaiti və ya digər təqaüd proqramları hesabına təhsil alanların ölkəyə giriş-çıxışı ilə bağlı məlumat Təhsil Nazirliyində mövcud deyildir. Lakin, son dövrlər Ukraynadan geri dönmüş vətəndaşlarımızın Təhsil Nazirliyinə edilən fərdi müraciətləri qeydə alınır və aidiyyəti üzrə yönləndirilir", - nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi