Təhsil Nazirliyi: Narazı valideynlər apellyasiya şikayəti verə bilərlər

Təhsil Nazirliyi: Narazı valideynlər apellyasiya şikayəti verə bilərlər "Mayın 22-də və iyunun 19-da dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunacaq müsahibə mərhələsinin nəticəsindən narazı qa
Elm və təhsil
409
20 Aprel , 2021 12:34
Təhsil Nazirliyi: Narazı valideynlər apellyasiya şikayəti verə bilərlər

"Mayın 22-də və iyunun 19-da dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunacaq müsahibə mərhələsinin nəticəsindən narazı qalan valideynlər apellyasiya şikayəti verə bilərlər".

"Report"un xəbərinə görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və İdarəolunması şöbəsinin təşkili şöbəsinin əməkdaşı Elçin Kərimov 2021-2022-ci tədris ili üzrə birinci sinfə qəbul prosesi ilə bağlı danışarkən deyib.

"Övladlarının qiymətləndirilməsindən narazı olan valideynlərin müraciətlərinə baxılacaq. Bu müddətdə övladının müsahibəsindən narazı olan valideynlər apellyasiya şikayəti edə bilər. Müraciətlərə baxılan zaman həmin uşaqların yenidən müsahibəyə qoşulması təmin olunmayacaq. Yalnız müsahibə dövründə qeydə alınan videoçəkilişə məsələ ilə yaradılmış kommisiya tərəfindən baxılaraq müvafiq rəy verilə bilər”, - o deyib.

Son xəbərlər

Orphus sistemi