Təhsil İnstitutunun direktoru: "Üç istiqamətdə islahatlar gedir"

Təhsil İnstitutunun direktoru: "Üç istiqamətdə islahatlar gedir" "Hazırda təhsil sahəsində üç istiqamətdə islahatlar gedir: müəllimlər, məzmun və qiymətləndirmə".
Elm və təhsil
9 Sentyabr , 2023 15:07
Təhsil İnstitutunun direktoru: Üç istiqamətdə islahatlar gedir

"Hazırda təhsil sahəsində üç istiqamətdə islahatlar gedir: müəllimlər, məzmun və qiymətləndirmə".

"Report" xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov Ümummilli Lider Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" mövzusunda İbtidai sinif müəllimlərinin lll forumunda çıxışı zamanı deyib.

O bildirib ki, islahatların bir çoxu məhz ibtidai sinif müəllimləri ilə bağlıdır:

"İlk dəfə olaraq keçən il ibtidai sinif müəllimlərinin sertifikatlaşdırılması həyata keçirildi. 80 faiz müəllim bu prosesdən uğurlu keçdi. Ümumiyyətlə, sertifikatlaşdırma həm də müəllimlərin öz maaşlarını artırması üçün şansdır".

R. Əzizov söyləyib ki, prosesdən uğurla keçə bilməyən müəllimlər üçün təlimlər keçirilib:

"Onların böyük hissəsi ikinci dəfə sertifikatlaşdırma prosesindən uğurla keçdi. Sertifikatlaşdırma müəllimlərdə özünəinam yaradır".

Son xəbərlər

Orphus sistemi