Gələn ay Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

Elm və təhsil
  • 21 may, 2024
  • 07:11
Gələn ay Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

Gələn ay Şuşada "Şuşa Türk Dövlətləri Birliyinin Mədəniyyət İncisidir" adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək.

"Report" xəbər verir ki, tədbir 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunacaq.

Türk dövlətlərinin istedadlı gəncləri Şuşada bir araya gələrək türk xalqlarının mədəniyyət incilərini təqdim edəcəklər.