Sabah, oktyabrın 5-i saat 12-də tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə nəticəsində qəbul olanlar üçün qeydiyyat prosesinə start veriləcək.
Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Müraciətçilər
Həmçinin müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur. Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 10 oktyabr saat 23:59-da yekunlaşacaq.